Modul 1: Kanalını köməkçiyə öyrət · Dərs 3 / 27 · ~15 dəqiqə
Ümumi təlimatlar: köməkçi sənin kanalını tanısın
Platforma, mövzu, auditoriya, səs tonu və format qaydaları — bir dəfə yaz.
🟢 Pulsuz planda da işləyirHaradadır
Settings → Your Claude → Instructions.
🔍 Settings → Your Claude: 1 — tab, 2 — Instructions (şəxsi mətn gizlədilib) — böyütmək üçün klik et
Video yaradıcısı üçün şablon
Tapşırıq mətni nümunəsi
Mən [YouTube / Reels / TikTok] video yaradıcısıyam. Kanalım: [MÖVZU]. Auditoriyam: [KİMLƏR, YAŞ, MARAQLAR], əsasən Azərbaycandan. Formatlarım: [məsələn: həftədə 1 uzun YouTube videosu (10–15 dəq.) və 3 qısa video]. Həmişə Azərbaycan dilində yaz — danışıq dilinə yaxın, kitab dili yox, çünki ssenarini səsli oxuyacağam. Ssenari qaydaları: - İlk 3 saniyədə hook olsun: sual, gözlənilməz fakt və ya nəticəni əvvəldə göstərmək. - Cümlələr qısa, danışmaq üçün rahat. - Ssenarini cədvəl kimi ver: vaxt, kadrda nə var, deyilən mətn, ekrandakı yazı. - Sonda bir aydın çağırış (abunə, şərh, link). Fakt və statistikanı uydurma; əmin deyilsənsə, "yoxlanmalıdır" yaz. Başqa yaradıcıların videolarını kopyalama — ideyanı öz üslubumla işlə.
Sına
"Kanalım üçün 5 video ideyası ver" yaz — cavab sənin mövzuna, auditoriyana və formatına uyğundursa, təlimatlar işləyir.
Nəticəni yoxla
Yazdığın ümumi təlimatları bura yapışdır.
Rəsmi mənbələr
Məzmunun son yoxlama tarixi: 19.11.2026. Köməkçinin ekranı dəyişə bilər — fərq görsən, rəsmi mənbəyə bax.