ClaAI
← Bütün dərslər

Modul 1: Köməkçini özünə uyğunlaşdır · Dərs 3 / 32 · ~20 dəqiqə

Ümumi təlimatlar: köməkçi səni tanısın

Bir dəfə yaz, hər söhbətdə işləsin: rolun, işin, dilin və üslubun.

🟢 Pulsuz planda da işləyir

Bu nədir və niyə lazımdır

Hər söhbətdə "Mən marketoloqam, Azərbaycan dilində yaz, səmimi ol..." yazmaq vaxt itkisidir. Ümumi təlimatlar (Instructions for Claude) bütün söhbətlərinə avtomatik tətbiq olunur. Bir dəfə yazırsan, köməkçi hər dəfə nəzərə alır.

Üç oxşar alət var, fərqi belədir:

AlətHarada işləyirNə üçün
Ümumi təlimatlarBütün söhbətlərdəSən kimsən, necə cavab istəyirsən
Layihə təlimatlarıYalnız həmin layihədəKonkret brend və ya müştəri
Öyrədilmiş vərdiş (Skill)Yalnız aid olan işdəKonkret iş üsulu, məsələn brend qaydaları

Addım 1: Təlimatlar bölməsini tap

  1. Sol aşağı küncdə adının baş hərflərinə klik et → Settings.
  2. Yuxarıdakı tablardan Your Claude tabını seç (şəkildə 1). Köhnə görünüşdə bu bölmənin adı "Account"-dur.
  3. Instructions başlığının altındakı sahə (şəkildə 2) — təlimatlarını bura yazacaqsan. Yazılanlar avtomatik yadda saxlanılır.

Settings → Your Claude: 1 — tab, 2 — Instructions sahəsi (şəkildə şəxsi mətn gizlədilib)🔍 Settings → Your Claude: 1 — tab, 2 — Instructions sahəsi (şəkildə şəxsi mətn gizlədilib) — böyütmək üçün klik et

Addım 2: Yaxşı təlimatın 5 hissəsi

Rəsmi sənədə görə köməkçi aydın və konkret təlimatlarla daha yaxşı işləyir. Ona səbəbi də izah etsən, daha dəqiq nəticə verir.

  1. Rol və iş: kimsən, harada işləyirsən, nə ilə məşğulsan.
  2. Auditoriya: kimin üçün yazırsan.
  3. Dil: hansı dildə cavab istəyirsən.
  4. Ton: necə yazılsın və niyə.
  5. Format: cavabların quruluşu.

"Etmə" yox, "et" yaz. Məsələn, "Uzun yazma" əvəzinə "Cavabları 3–5 cümlə ilə yaz" daha yaxşı işləyir.

Addım 3: Şablonu götür və özünə uyğunlaşdır

Bu şablonu kopyala, mötərizədəki yerləri öz məlumatınla doldur və Instructions sahəsinə yapışdır:

Tapşırıq mətni nümunəsi
Mən [ŞİRKƏT] şirkətində marketoloqam. [SAHƏ] sahəsində işləyirik, əsas məhsulumuz [MƏHSUL].
Hədəf auditoriyamız: [AUDİTORİYA, məsələn: Bakıda yaşayan 25–40 yaşlı qadınlar].

Həmişə Azərbaycan dilində cavab ver, çünki bütün materiallarımız yerli auditoriya üçündür.
Ton: səmimi, amma peşəkar. Müştərilərimiz çox rəsmi dili sevmir, amma ciddi brend görmək istəyir.

Cavabların formatı:
- Əvvəlcə qısa nəticə, sonra təfərrüat.
- Bir neçə variant istəyəndə nömrələnmiş siyahı ver.
- Rəqəm, statistika və faktları uydurma. Əmin deyilsənsə, bunu açıq de.

Marketinq mətnlərində hər zaman oxucuya aydın çağırış (CTA) əlavə et.

Addım 4: Sına

Yeni söhbət aç və sadə bir şey istə, məsələn: "Yeni məhsulumuz üçün 2 post ideyası ver." Cavab Azərbaycan dilindədirsə, sənin tonunda yazılıbsa və CTA varsa, təlimatlar işləyir. İşləmirsə, təlimatları daha konkret yaz.

Sonra yazdığın təlimatları aşağıdakı yoxlama bölməsinə yapışdır. Ağıllı rəy də ala bilərsən.

Nəticəni yoxla

Yazdığın ümumi təlimatları bura yapışdır.

Mətnin bizdə saxlanılmır. "Yoxla" düyməsi mətni heç yerə göndərmir. "Rəy al" düyməsi isə mətni rəy üçün süni intellekt xidmətinə (Anthropic) göndərir.

Rəsmi mənbələr

Məzmunun son yoxlama tarixi: 19.11.2026. Köməkçinin ekranı dəyişə bilər — fərq görsən, rəsmi mənbəyə bax.