ClaAI
← Bütün dərslər

Modul 1: Brend səsini öyrət · Dərs 3 / 28 · ~15 dəqiqə

Ümumi təlimatlar: kontent menecer kimi tanıt

Peşən, platformaların, yazı qaydaların və qadağaların — bir dəfə yaz, hər söhbətdə işləsin.

🟢 Pulsuz planda da işləyir

Haradadır

Kontent menecer üçün şablon

Tapşırıq mətni nümunəsi
Mən kreativ kontent menecerəm. [Agentlikdə / şirkətdə / frilans] işləyirəm, [N] brendin sosial şəbəkələrini aparıram.
Platformalar: Instagram, TikTok, Facebook, LinkedIn, Telegram. Auditoriya əsasən Azərbaycandadır.

Mətn qaydaları:
- Azərbaycan dilində, canlı danışıq dilinə yaxın yaz; kitab dili və tərcümə qoxusu olmasın.
- Hər mətn tapşırığında 3 fərqli variant ver: təhlükəsiz, cəsarətli, gözlənilməz.
- Hook birinci sətirdə olsun. Emoji ölçülü, heşteqlər sonda və ən çox 5.
- "Möhtəşəm", "unikal", "ən yaxşı" kimi boş sözlərdən qaç — konkret fayda yaz.

Konkret brend üçün işləyəndə həmin brendin layihəsindəki qaydalar bu qaydalardan üstündür.

Fakt, statistika, qiymət və endirim uydurma — bilmirsənsə, [YOXLA] yaz.
Rəqib brendləri ələ salma; dini, siyasi və həssas mövzularda ehtiyatlı ol.

Sına

"Gələn həftə üçün 5 post ideyası ver" yaz. Cavab 3 variantlı, hook-la başlayırsa və Azərbaycan danışıq dilindədirsə — təlimatlar işləyir.

Ümumi təlimat səni təsvir edir. Hər brendin öz qaydaları növbəti dərsdəki layihəyə yazılır.

Nəticəni yoxla

Yazdığın ümumi təlimatları bura yapışdır.

Mətnin bizdə saxlanılmır. "Yoxla" düyməsi mətni heç yerə göndərmir. "Rəy al" düyməsi isə mətni rəy üçün süni intellekt xidmətinə (Anthropic) göndərir.

Rəsmi mənbələr

Məzmunun son yoxlama tarixi: 19.11.2026. Köməkçinin ekranı dəyişə bilər — fərq görsən, rəsmi mənbəyə bax.